Azərbaycanda havalar soyuyacaq-xəbərdarlıq

Azərbaycanda havalar soyuyacaq-xəbərdarlıq

Yaxın bir neçə gündə hava Azərbaycanda hava kəskin şəkildə soyuyacaq.

Mediainfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 03-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-4, gündüz 7-12, Bakıda gecə 2-4, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 3-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Martın 3-4-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Xəbərdarlıq

Martın 3-5-də bəzi rayonlarda qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Martın 05-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az