Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşayan 20 yaşlı qız itkin düşüb.
1998-ci il təvəllüdlü Rəsuli Şəfa Rahim qızının valideyni 4-cü Polis Bölməsinə qızının evdən çıxaraq geri qayıtmaması barədə məlumat verib. Ana ərizəsində göstərib ki, qızı evdə onunla mübahisə edib və bir daha evə gəlməyəcəyini bildirib. Artıq 2 gündür itkin düşən qızla bağlı polis bölməsində axtarışlara başlanıb. Bölmədən bildirdilər ki, qızla əlaqə saxlamaq mümkün olsa da, o, evə dönməyəcəyini bəyan edib.
Digər itkin düşmə faktı Xəzər rayonunda qeydə alınıb. 2004-cü il təvəllüdlü Suzan Həndavi evdən çıxdıqdan sonra itkin düşüb. Hazırda hər iki qızın axtarışları davam etdirilir.olke.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































