Ermənistanın paytaxtı Yerevanda baş nazir Karen Karapetyanın mühafizə xidmətinin avtomobili qəzaya düşüb.
Hadisə təxminən saat 11 radələrində Myasnikanyan prospektində baş verib.
Qəza nəticəsində "Hyundai" və "Mercedes" markalı avtomobillər toqquşub, ölən və yaralanan yoxdur. Məlum olub ki, qəzaya düşən "Hyundai" markalı avtomobil hökumətin balansındadır və baş nazir Karen Karapetyana xidmət göstərir.
Qəza şahidlərinin sözlərinə görə, hadisəyə "Hyundai" maralı avtomobilin yüksək sürətdə döngəyə daxil olması səbəb olub. Hadisə yerinə gələn polis işçiləri dərhal "Hyundai" markalı avtomobilin nömrələrini çıxarıblar.Azvision.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































