Bakıda daha bir mağazada saxta məhsulun satıldığı aşkar olunub.
Mediainfo.az Minval.info-ya istinadən xəbər verir ki, Binəqədi rayonunun 8-ci mkr ərazinsində fəaliyyət göstərən mağazalardan birində plastik düyü satılır.
Bu barədə saytımıza paytaxt sakini Nurlan Məmmədov məlumat verib. O, düyünü Süleyman Sani Axundov küçəsində yerləşən mağazalarından birindən aldığını söyləyib.
"Evdə aş bişirmişdilər, dadı nəsə xoşuma gəlmədi. Plastik düyü olduğundan şübhələndim. "Youtube"da bununla bağlı test video görmüşdüm. Mən də düyüdən bir qaşıq tavaya qoyub peçin üzərində qızdırdım. Düyü dənələri istilikdən əriməyə başladı" – Nurlan bəy deyib.
Paytaxt sakini hamını mağazadan mal alarkən diqqətli olmağa çağırıb. O, müvafiq dövlət qurumlardan bununla bağlı ciddi addımların atılmasını xahiş edib.
Kiçik araşdırmamız zamanı məlum olub ki, məhsul "Aliimdad" firmasına məxsusdur.
Xatırladaq ki, mağazalardan saxta düyü ilə yanaşı, belə yumurtaların da satıldığı bildirilir.
Sani / Minval.info
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































