Azərbaycanda Çində istehsal olunan saxta, plastik tərkibli düyünün satılmasına dair video kadrlar yayılıb.
Mediainfo. az Milli.Az -a istinadən xəbər verir ki, Facebook sosial şəbəkəsində yayılan video kadrlarda bir nəfər Masallı rayonunda yetişdirilmiş düyü ilə Çindən gətirildiyi və saxta olduğu iddia edilən düyünün fərqi göstərilir.
Kadrladan belə məlum olur ki, yerli düyünün üstünə kimyəvi məhlul tökdükdə heç bir dəyişiklik baş vermədiyi təqdirdə, Çinin plastik tərkibli saxta düyüsü tüstülənməyə başlayır və hətta töküldüyü qabı da əridir.
Kadrlar geniş müzakirəyə səbəb olub. Bəziləri göstərilənlərə inansa da, digərləri mənbənin göstərilmədiyindən, düyülərin hansı ölkənin və hansı tərkibli olması, eləcə də məhlulum kimyəvi tərkibinin dəqiq bildirilməməsinə görə onu inandırıcı hesab etmirlər. Hətta bunun yerli düyünün alışına marağı artırmaq üçün atılmış addım olduğunu düşünənlər də var.
Qeyd edək ki, zaman-zaman Azərbaycanda xaricdən gətirilən süni, plastikdən maddədən hazırlanmış qidaların satıldığına dair dəqiqləşdirilməmiş məlumatlar yayılır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































