Bayıl yamacında – Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində yeni dəyişikliklər müşahidə edilməsə də, orada sürüşmə prosesi dayanmayıb.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
R.Həsənovun sözlərinə görə, hazırda ərazidə sürüşmə prosesi aktiv fazadadır.
O qeyd edib ki, Bayılın Elşən İsmayılov küçəsindəki 102 və 102A ünvanındakı iki fərdi evinin damının çökməsinin sürüşmə prosesi ilə heç bir əlaqəsi yoxdur.
Nazirlik rəsmisi həmin evlərin yerləşdiyi ərazinin Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsindən aralıda yerləşdiyini də söyləyib.
R.Həsənov əlavə edib ki, son bir necə gün ərzində yağan yağışlarla əlaqədar Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesi aktivləşib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































