Dərmanın əlavə təsiri və doza həddinin aşılması insanlar tərəfindən keyfiyyətsiz kimi qəbul edilir.
Bu sözləri Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin qeydiyyat-ekspertiza şöbəsinin müdiri Ulduz Eyvazova dərman vasitələrinin keyfiyyəti ilə bağlı narazılıqlara aydınlıq gətirərkən deyib.
U.Eyvazova bildirib ki, istər ağrıkəsici, istərsə də hər hansı xəstəlikdə istifadə edilən dərmanın istifadə qaydası var.
"Hər bir dərmanın içlik vərəqində bu barədə məlumat yazılıb. Dərmanın düzgün qəbul edilməməsi, ev şəraitində düzgün saxlanmaması səbəbindən bəzən zəhərlənmələr baş verir. Məsələn, şərbət, göz damcılarının ilkin açılmadan sonra 28 günə qədər yararlılıq müddəti var. Çox zaman təcrübədə görürük ki, uşaq üçün öskürəyə qarşı alınan şərbətlər ilk açılandan bir il sonra qəbul edilir. Bu zaman əlbəttə, istənilən keyfiyyət aşkar edilməyəcək. Bundan başqa, bəzən birdəfəlik yox, sutkalıq doza qəbul edilir".
U.Eyvazova onu da əlavə edib ki, bununla yanaşı bədənin fərdi həssaslıq dərəcəsi də var. Dərman qəbul edilərkən bunu da nəzərə almaq lazımdır.Axar.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































