Azərbaycanda xayaları yerində olmayan uşaq doğulub.
Mediainfo.az-ın verdiyi məlumata görə, bununla bağlı Ailem.az-a tanınmış uroloq-cərrah Fuad Hüseynov məlumat verib. O bildirib ki, uşaq başqa klinikada doğulub, sonra valideynləri onu müalicə üçün Mərkəzi Klinik Xəstəxanaya gətiriblər: "Valideynləri gözləri yaşlı ilk doğulduğu gün həyəcanla oğlumuzun hər iki xayası yoxdur deyib, bizə müraciət etdilər. Müayinə nəticəsində hər iki xayası xayalıqda və qasıq kanalında tapılmadı. Ailəsi övladının gələcəyi ilə bağlı çox narahat olsa da, sonrakı müayinələr bizə və onlara bir az ümid oldu. Hər iki xaya qarın boşluğunda, qasıq kanalının girəcəyində yerləşirmiş".
F. Hüseynov deyir ki, körpə əməliyyat olunub, problem aradan qaldırılıb. Hazırda uşaq 1 yaş 3 aylıqdır, hər iki xayası xayalıqdadır, hətta sünnət də olunub.
Uşaq gələcəkdə ata ola biləcəkmi sualını cavablandıran cərrahın sözlərinə görə, xayalarının ölçüsü normal olduğu və əməliyyatları gecikdirilmədiyi üçün ata olması üçün problem yoxdur.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































