Ağdaşda ağır yol qəzası - Müstəntiq həlak oldu

Ağdaşda ağır yol qəzası - Müstəntiq həlak oldu

Ötən gün axşam saat 7 radələlərində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki kəndi ərazisində "Mercedes" markalı maşının su kanalına düşməsi barədə məlumat vermişdik.

Naxçıvan şəhər sakini olan, 1990-cı il təvəllüdlü Oruc Mehbalı oğlu Hümmətzadənin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı "Yenicə" adlı su kanalına düşüb.

Hadisə yerinə dərhal Dövlət Yol Polisi əməkdaşları qəza zamanı sürücünün maşında olan 1999-cu il təvəllüdlü həyat yoldaşı Hümmətzadə Məsumə Bəhruz qızı və onun 6 aylıq övladı Hümmətzadə Selcan Oruc qızı sudan çıxardaraq xəstəxanaya aparıblar.

Yaralılar Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti stabildir, 6 aylıq körpənin qolu sınıb.

Sürücü Oruc Hümmətzadə sudan çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Kanala düşən avtomobil hadisə yerinə cəlb olunan qaldırıcı kran vasitəsi ilə sudan çıxarılıb.

Avtomobil Bakıdan Qazax istiqamətində hərəkətdə olub və Tovuz rayonuna getməli idi.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsi tərəfindən cinayət işi başlanıb.

Araşdırmalarımız zamanı məlum olub ki, dünyasını dəyişən Oruc Hümmətzadə Tovuz rayon prokurorluğunun böyük müstəntiqi olub və ailəsi ilə birgə Bakıdan iş yerinə qayıdırmış. Qeyd edək ki, O.Hümmətzadə bir müddət əvvəl İmişli rayon prokurorluğundan Tovuz rayon prokurorluğuna ezam olunub.

Qeyd edək ki, Tovuz rayon prokurorluğu faktı "Ölkə.Az"a təsdiqləyib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az