"Bayıl yamacındakı sürüşmə aktiv fazadadır. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb".
Mediainfo.az-ın verdiyi məlumata görə, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O bildirib ki, sürüşmənin baş verdiyi ərazi tez doyan, qumlu-gilli süxurlardan ibarətdir: "Yamacın 45 dərəcəyə qədər meylliliyi var. Layların yatımı yamacın yatımı ilə eyni istiqamətdədir. Bu isə ərazinin sürüşməyə məruz qalmasını stimullaşdırır. Yamac da kəsildikdə proses sürətlənir".
Ə. Qaralovun sözlərinə görə, sürüşmə prosesinin dayandığını söyləmək olmaz: "Kütlə tam yerinə oturmalıdır ki, proses dayansın".
Ekspedisiya rəisi qeyd edib ki, Bayıl yamacında sürüşmə ərazisi 6,9 hektar ərazini əhatə edir: "Təhlükəli ərazinin konturları daxilində olan evlərin sayı 106-dır. 90-a yaxın evin sakinləri isə köçürülüb".
Qeyd edək ki, "Teleqüllə" sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























