Sabiq vergilər naziri Fazil Məmmədovun otelləri əlindən alınır. Uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında ilk üçlükdə olmuş Fazil Məmmədovun böyük bir biznes imperiyası haqda müxtəlif məlumatlar yayılmaqdadır. Onlardan daha biri barədə Criminal.az saytına maraqlı məlumat daxil olub.
Bildirilir ki, Şabran rayonunda istifadəyə verilən "Qalaaltı Hotel Spa" kompleksi Fazil Məmmədova məxsus olub. Həmin istirahət mərkəzinin açılışında bir müddət əvvəl ölkə başçısı İlham Əliyev də iştirak edib. F.Məmmədov nazir postundan alınandan sonra həmin istirahət kompleksi də əlindən alınıb. Komplektin rəhbər heyəti yenilənib. "Qalaaltı Hotel Spa"nın kimə verilməsi barədə müxtəlif versiyalar olsa da, dəqiq sahibi açıqlanmır.
Şabrandakı otelindən savayı Fazil Məmmədovun Naftalanda yerləşən "Çinar", Gədəbəydəki "Yastımeşə" otelləri əlindən alınıb.
Qeyd edək ki, Şəmkir rayonunda "Şəmkir səbəti" adlı hipermarketdən tutmuş, Sabirkənd kəndi ərazisindəki saysız-hesabsız istixanalara qədər gəlir gətirən hansı sahə varsa, ora sabiq nazirindir. Bundan başqa, "Şəmkir-Quşçuluq" MMMC, "Şəmkir Ət-süd" MMC, "Yalta Meşə Ailəvi İstirahət Mərkəzi", Fazil Məmmədovun xaricdəki bizneslərindən biri Ukraynanın kurort şəhəri Turskovetsdə yerləşir. Olduqca lüks oteli "Mir" öz dəbdəbəsi ilə hər kəsi cəlb edir. Nazirin otelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bundan başqa Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu "11 Mirrors Design Hotel"i, siqaret, təkər zavodu və böyük bazarı var. Hazırda bu əmlakların da siyahıya alınması prosesi gerçəklşdirlir. Yaxın zamanlarda sabiq nazirdən qeyd edilən əmlaklarının alınacağı haqda da məlumat var.(musaat.com)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































