"Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti yağmurlu keçəcək".
Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, bu gün – fevralın 9-da gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam yağış yağacağı gözlənilir: "Mülayim cənub küləyi əsəcək".
G.Məmmədova qeyd edib ki, fevral ayının 10-da və 11-də bəzi yerlərdə yağmurlu hava şəraiti müşahidə olunacaq: "Dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Şərq küləyinin üstünlüyü müşahidə olunacaq".
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































