Rusiyalı polkovnik Suriyada həlak olub

Rusiyalı polkovnik Suriyada həlak olub

Suriyada Əsəd rejiminin PKK-PYD mövqelərinə hücumu zamanı ölənlər arasında biri polkovnik olmaqla, 3 rus hərbçisi də olub.

Bu barədə "Yeni Şəfəq" yazıb.

"Bölgə Suriyada ən zəngin neft yataqlarına sahibdir. Döyüşlərin əsas hədəfi Cafra, İsba və Tabiyada yerləşən zəngin neft-qaz yataqlarına sahib olmaqdır. Cümə gecəsi vurulan rejim mövqelərində 40-dan artıq İranla bağlantılı döyüşçü öldürülüb. Hadisənin yaşandığı ərazidə İŞİD ünsürləri olmayıb. Vurulan ərazilərdə bəzi rus əsgərləri də yaralanıb. Rus helikopterləri ölən və yaralı əsgərlərini Hmeymim hərbi bazasına daşıyıb", - Deyr əz-Zordan olan aktivist Mahmud Əbu Firas deyib.

Qeyd edək ki, Suriyada Əsəd rejimi qüvvələri Deyr əz-Zor istiqamətində hücuma keçsə də, terrorçuların kəskin müqaviməti ilə rastlaşmışdı. ABŞ aviasiyası havadan PKK-PYD terrorçularına dəstək verərək, rejim qüvvələrinə zərbə endirmişdi.axar.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.13

2026.09.12

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az