Binəqədi rayon sakini Məmmədov Nicat Rəhman oğlu 6-cı Polis Bölməsinə qardaşının itkin düşməsi barədə məlumat verib.
Şikayətçi ərizəsində bildirib ki, qardaşı Şəhriyar Məmmədov evdən iş adı ilə çıxıb, ancaq bir neçə saatdan sonra nə evə qayıdıb, nə də mobil telefonuna zəng çatıb.
Digər itkin düşmə faktı Nizami rayonunda qeydə alınıb. 1950-ci il təvəllüdlü Əminə Əlisa qızı Məhərrəmova yaşadığı Şərifli küçəsindəki mənzilindən çıxıb və geri qayıtmayıb. Bu barədə onun övladları hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Digər analoji fakt isə Nəsimi rayonunda baş verib. Nəsimi RPİ-nin 22-ci polis bölməsinə 1994-cü il təvəllüdlü Qasımov Nurpaşa Ceyhun oğlunun itkin düşməsi barədə onun valideyinləri məlumat veriblər. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları itkin düşən şəxslərin axtarışlarına başlayıblar.ölkə.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























