Bakıda sərxoş sürücü işıqforun qırmızı işığından keçdiyindən onun idarə etdiyi nəqliyyat vasitəsi 3 avtomobilə çırpılıb, 3 nəfər xəsarət alıb.
"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.
Bəkirov Emil Şaiq oğlu idarə etdiyi 99-KD-519 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobil ilə 28 May küçəsi ilə yüksək sürətlə hərəkət edərək, Rəşid Behbudov küçəsində işıqforun qırmızı işığında yolu keçib. Nəticədə onun idarə etdiyi nəqliyyat vasitəsi işıqforun yaşıl işığında yolu keçən, Rzayev Rafiqin idarə etdiyi "Mercedes" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Mercedes" yol kənarında dayanan "VAZ 2104" və 10-RR-585 dövlət qeydiyyat nişanlı "Mercedes"-ə çırpılıb.
Toqquşma zamanı "Mercedes"in ön oturacağında əyləşən sərnişin açıq pəncərədən yerə düşərək xəsarət alıb. Bundan başqa, R.Rzayev və digər sərnişin də xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. İstintaq yolu ilə araşdırma aparılır.
Hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, "Toyota"nın sürücüsü sərxoş vəziyyətdə olub. O, yüksək sürətlə işıqforun qırmızı işığında yolu keçib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























