Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.
Hadisə ötən gecə saat 00:30 radələrində Yevlax-Zaqatala-Gürcustan sərhəd yolunun Zaqatala şəhəri ərazisində keçən hissəsində baş verib.
Zaqatala şəhər sakini, 1983-cü il təvəllüdlü Əhməd Nizami oğlu Həsənov idarə etdiyi "Mercedes" markalı, 10-ZS-062 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yol ayrıcındakı beton maneəyə çırpıb.
Qəza nəticəsində Əhməd Həsənov aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.
Qeyd edək ki, Əhməd Həsənov Rusiyada bizneslə məşğul olub. Bir neçə gün əvvəl ailə qurmaq məqsədi ilə doğulduğu Zaqatala şəhərinə gəlib. Hadisə baş verən gün isə mərhumun nişan mərasimi olub.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.APA
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır






















.jpg)

.jpg)






























