Nəsimi rayonu ərazisində - “Yeganə” şadlıq sarayının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Mediainfo.az Bakupost.az-a istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən 90FH005 nömrə nişanlı “BMW” markalı avtomobil “Hundai Santafe” markalı avtomobilə çırpılıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəza baş verdikdən dərhal sonra “BMW”dəki sərnişin başqa avtomobilə əyləşərək ərazini tərk edib.
Qəzanı törədən sürücü avtomobilin nazir müavininə məxsus olduğunu, yüksək çinli məmura xidmət etdiyini, buna görə də bütün hallarda günahkar sayılmayacağını deyib. Daha sonra o, yol polisi ilə danışıb. “Santafe”nin sahibi əraziyə yol polislərini dəvət etsə də, gələn olmayıb.
Bir qədər sonra yol polisi əvəzinə Post Patrul Xidmətinin əməkdaşları təşrif buyurublar.
Onlar avtomobilləri kənara çəkərək, yolu təmizləməyi göstəriş veriblər.
Zərərçəkən sürücü etiraz etdikdə, ona bildirilib ki, ərazidə kamera var və sabah (bu gün-red.) günahın kimdə olduğu kameralara baxılıb müəyyənləşdiriləcək.
Məlum olub ki, 90FH005 nömrə nişanlı “BMW” Fövqəladə Hallar nazirinin birinci müavini, genaral-leytenant Rəfail Mirzəyevin xidməti avtomobilidir.
Avtomobili etibarnamə ilə Cəlilov Azad Eynulla oğlu idarə edir.

Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































