Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların məsuliyyət zonasında yerləşən Ağdərə rayonunda Azərbaycana aid yük maşını erməni taksisi ilə toqquşub.
Mediainfo.az xəbər verir ki, qəza nəticəsində taksi dərəyə düşüb, “Tumo” mərkəzinin əməkdaşı olduğu bildirilən şəxs isə yaralanıb.
Qəza ilə bağlı araşdırmanı rus sülhməramlıları aparır. Qeyd olunub ki, Azərbaycan yük avtomobilini rus sülhməramlıları müşayiət edirmiş.
Qeyd edək ki, Qarabağ ərazisində rus sülhməramlılarının arxasında gizlənərək, separatizm fəaliyyətini davam etdirən Artak Beqleryan yol-nəqliyyat hadisəsini “Azərbaycan yük maşınının qarabağlı erməni taksiyə qarşı cinayəti” adlandırmaqla həyasızlığını bir daha nümayiş etdirib.
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































