Koreya Respublikasının cənubunda yerləşən Mara adası yaxınlığında sahil mühafizəsi helikopterinin qəzaya uğraması nəticəsində iki ekipaj üzvü həlak olub, bir nəfər itkin düşüb.
Mediainfo.az xəbər verir ki, bu barədə məlumatı yerli polis orqanları yayıb.
Bildirilir ki, göyərtəsində dörd nəfərin olduğu Sikorsky S-92 helikopteri yerli vaxtla 1:32-də Mara adasının 370 kilometr cənub-qərbində radarlardan itib. Heyət üzvlərindən yalnız biri yaxınlıqda olan sahil mühafizəsi xidmətinin qayıqları vaxitəsi ilə xilas edilib.
Helikopter Tayvan sahillərində yedəkçi-gəmidə itkin düşmüş heyəti xilas etmək üçün axtarış-xilasetmə əməliyyatlarına cəlb olunubmuş.
Hazırda Sahil Mühafizəsinin yeddi patrul kateri, Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi və şəxsi balıqçı qayıqları da daxil olmaqla 17 gəmi itkin düşmüş ekipaj üzlərini xilas etmək üçün ərazidə axtarış aparır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































