Ötən gün sosial şəbəkələrdə deputat Tahir Kərimlinin videosu yayılıb.
Mediainfo.az xəbər verir ki, videogörüntülərdə parlamentari ölümlə hədələndiyini bildirib.
“Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən.
Mən təkcə 10 milyon deyiləm, qüdrətli dövlətlər qurmuş və gələcəkdə də qüdrətli dövlətlər quracaq 50 milyondan böyük bir millətin nümayəndəsiyəm", - deputat məlum videoda bu sözləri deyib.
Modern.az saytı deputatın ölümlə hədələnməsi ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənib.
DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, daxili işlər orqanlarına deputat Tahir Kərimli tərəfindən ölümlə hədələndiyi barədə hər hansı şikayət daxil olmayıb.
Qeyd edək ki, deputat Tahir Kərimlinin özü ilə əlaqə saxlamağa çalışsaq da, o telefon zənglərinə cavab verməyib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































