Mingəçevir şəhəri Bağlar massivi 12-ci küçə ərazisində yerləşən evlərin birində güclü partlayış baş verib. Partlayışın səsi şəhərin hər tərəfindən eşidilib.
Mediainfo.az Publika.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 8 evdə dağıntılar meydana gəlib.
Partlayış həmin küçənin sakini Sevinc Qəmbərovaya məxsus evdə baş verib, ev tamamilə yararsız vəziyyətə düşüb.
İlkin məlumatlara görə, partlayış qaz sızması nəticəsində baş verib. Ev sahibi Sevinc Qəmbərova və oğlu yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Evi dağılan qonşu Əliyev Valeh bildirib ki, mənzili tam yararsız vəziyyətdədir. Hadisə ilə bağlı araşdırma aparılır
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































