Ağsu rayonunda avtomobilin elektrik dirəyinə çırpılması 7 kəndi işıqsız qoyub.
Mediainfo.az xəbər verir ki, Şamaxı sakini, 30 yaşlı sürücü Əzimov Dərgah Hüseyn oğlu Ağsu-Şamaxı yolunda “VAZ 21011” markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.
Hadisə zamanı sürücü D.Əzimov müxtəlif dərəcəli ağır xəsarətlərlə Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qəza zamanı elektrik dirəyi aşıb, nəticədə yeddi - Daşdəmirbəyli, Gəgəli, Bico, Qəşəd, Çaparlı, Ləngəbiz və Rəhmağalı kəndləri işıqsız qalıb.
Hazırda həmin kəndlərə elektrik enerjisinin verilməsi istiqamətində işlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı.jpg)


















































