Bakının Nəsimi rayonunda baş verən yol qəzasında bir nəfər xəsarət alıb, yeddi avtomobilə ziyan dəyib.
Mediainfo.az-ın məlumatına görə, hadisə gecə saatlarında metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında qeydə alınıb. Zəncirvari yol nəqliyyat hadisəsi zamanı “Hyundai”, “Toyota”, “Renault”, “Mercedes”, “Toyota Prado”, “Hyundai” və “KİA” markalı nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.
Hadisə zamanı ölən olmasa da, xəsarət alan olub. Faktla bağlı hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib, qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli hadisə ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, hadisə avtoxuliqanlıq zəminində baş verib:
"Hadisə zamanı nəqliyyat vasitələrində olan hərəkət iştirakçılarından birinin diz qapağında xəsarət müəyyən edilib. Əraziyə baxış keçirilib və toplanılmış materiallar Bakı Şəhər Dövlət Yol Polisi tərəfindən ibtidai istintaqın aparılması üçün Nəsimi Rayon Polis İdarəsinə təqdim edilib. Araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək.
İlkin məlumatlara görə, qəzaya “Hyundai” və “Toyota” markalı avtomobillərin sürücülərinin avtoxuliqanlıq etməsi səbəb olub. Hadisə zamanı 7 maşına ziyan dəyib onlardan üçü əzilib, yəni ciddi maddi ziyan dəyib. “Toyota” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Hazırda onun kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür. Araşdırmanın sonunda yol nəqliyyat hadisəsinə səbəb olan bütün şəxslər məsuliyyətə cəlb ediləcəklər, ictimaiyyətə əlavə məlumat veriləcək”.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































