Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mediainfo.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Hava limanı yolunda hərəkətdə olan "Mersedes" markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə zamanı "Mersedes"də olan sərnişinlər, 1998-ci il təvəllüdlü Kərimov Murad Qara oğlu və 2000-ci il təvəllüdlü Namazov Tural Tofiq oğlu xəsarətlər alıblar.
Hər iki yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.
Müayinə zamanı onlara müştərək travma diaqnozu qoyulub. Bildirilib ki, gənclər toy mərasimində iştirak etmək üçün şadlıq evinə gedirlərmiş.
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































