Fövqəladə Hallar Nazirliyi (FHN) Füzuli rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.
Mediainfo.az-a FHN-dən verilən məlumata görə, 30 iyun 2021-ci il tarixində nazirliyin "112" qaynar telefon xəttinə rayonun Qacar kəndində (Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumat əsasında əraziyə dərhal FHN-in Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb. Hazırda yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































