Binəqədi Rayon İcra Hakimiyyəti Qarabağ qazisinin özünü yandırmağa cəhd etməsi ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.
Oxuməni.az yenisabah.az-a istinadən xəbər verir ki, Ağsu rayonunun Ərəbsərvan kəndində qeydiyyatda olan vətəndaş Şahlarzadə Şahid Şahzadə oğlu Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı və məsul əməkdaşları tərəfindən bir neçə dəfə qəbul edilərək dinlənilib.
Qəbul zamanı vətəndaş tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı müəyyən edilib ki, Xocəsən bələdiyyəsinin 07/27 saylı, 11.05.2005-ci il tarixli Qərarına əsasən İsrafilov Halay Adil oğluna ayrılmış 600 kv.m torpaq sahəsi onun adından sənədləşmə işlərinin aparılması məqsədilə Qarayeva Gülbari Mirhəsən qızına səlahiyyətlərini etibar edib.
G.Qarayeva isə 12 mart 2021-ci il tarixdə Halay İsrafilovun adından torpaq sahəsinin sənədləşdirilməsi işlərinin aparılması məqsədi ilə səlahiyyətlərini Şahlarzadə Şahid Şahzadə oğluna etibar edib.
Araşdırma nəticəsində məlum olub ki, Şahlarzadə Şahid Şahzadə oğlunun iddia etdiyi torpaq sahəsi Binəqədi rayonu, Hökməli qəsəbəsinin sakini Həsənağa adlı şəxs tərəfindən qanunsuz zəbt edilməklə tikinti işlərinin aparılmasına cəhd göstərilib və yerli səviyyədə nəzarət tədbirləri zamanı qarşısı alınıb.
Hazırda Həsənağa adlı şəxs tərəfindən torpaq sahəsinin zəbt edilməsi faktı ilə və vətəndaş Ş.Şahlarzadənin müraciəti əsasında Binəqədi Rayon Polis idarəsinin 40-cı Polis Bölməsində ilkin araşdırma aparılır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































