Rusiyanın Tatarıstan Respublikasında Kazan məktəbindəki faciədən sonra 12 may matəm elan olunub.
Yenisabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidmətinin rəhbəri Liliya Qalimova jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, Kazan şəhərinə orta məktəbdə baş vermiş silahlı insident zamanı müəllim və şagirdlər öldürülüb.
Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada ölənlərin sayı 13-ə çatıb.
“REN TV”nin teleqram kanalı xəbər verir ki, 16 nəfər xəstəxanaya yerləşdirilib.
Ölənlərdən çoxunun şagird olduğu bildirilir.
İlkin məlumata görə, məktəbə basqın edənlər iki nəfər olub. Onlardan biri-17 yaşlı oğlan əməliyyat başlayan zaman güc strukturları tərəfindən saxlanılıb. Məktəbdə gizlənən ikinci cinayətkarın isə bir az əvvəl məhv edildiyi bildirilir.
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































