Fransada bir qrup hərbçi ehtiyatda olan generalların ölkədə vətəndaş müharibəsi riski ilə bağlı yaydıqları bəyanatı dəstəkləyiblər.
Mediainfo.az xəbər verir ki, bu məlumatı “Valeurs Actuelles” nəşri yayıb. Məlumata görə, adı çəkilməyən hərbçilər hökumətin ehtiyatda olan generallara verdiyi reaksiyanı qınayıblar:
“Onlara qiyamçılar kimi münasibət göstərilib, halbuki, onların yeganə günahı ölkələrini sevməkdir. Biz şəhərlərimizdə və kəndlərimizdə zorakılıq müşahidə edirik. Fransa və onun tarixinə nifrət normaya çevrilir. Fransada artıq vətəndaş müharibəsi hazırlanır”.
Fransa hökumətindən yeni bəyanata reaksiyanı İqtisadiyyat Nazirliyinin rəsmi nümayəndəsi Anyes Panye Ryunaşe verib. O, hərbçilərin müraciətinin nizamın müdafiəsinə yox, onun dağıdılmasına yönəldiyini bildirib. Ryunaşe hərbçilərin Marin Le Pen kimi ultrasağçı terminlərdən istifadə etdiyini açıqlayıb:
“Faktları sadalamaq bir şeydir, nizamı qorumaq bəhanəsi ilə iğtişaşlara çağırış etmək başqa şeydir. Bu müraciətin sətirləri arasından oxunur”.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































