Tanınmış alman-amerikalı memar Helmut Yan ABŞ-ın İllinoys ştatının Çicaqo şəhərində yol qəzasında həlak olub.
Mediainfo.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Şəhər polis idarəsinin rəisi Steven Miller bildirib ki, hadisə zamanı Helmut Yan velosipetdə olub. Qarşıdan gələn 2 avtomobilin toqquşması nəticəsində yaxınlıqda olan memar ölümcül xəsarət alıb.
“JAHN Architects” ofisinin rəhbəri 81 yaşlı memar Berlindəki “Sony Center” də daxil olmaqla, dünyada inşa edilmiş bir çox məşhur stadionlar, hava limanları və göydələnlərlə tanınır.
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































