Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə paytaxt ərazisində özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşa hədə-qorxu gələn şəxslə bağlı yayılan videogörüntülərə münasibət bildirib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, hadisə ilə bağlı DİN-in Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yayılan videogörüntülərlə bağlı araşdırmalara başlanılıb:
“Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”.
Qeyd edək ki, bloger Mehman Hüseynov sosial şəbəkələrdə yaydığı videoda metronun “Gənclik” stansiyasının yaxınlığında maskasız olan şəxsin özünü polis əməkdaşı kimi təqdim etdiyini iddia edir. Blogerin paylaşdığı videogörüntülərində həmin şəxs M.Hüseynovu da təhqir edərək hədələyib.
M.Hüseynov bildirib ki, həmin şəxsin adı Elxan Tağıyevdir. O, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində hərbi hissə komandiri olub, daha sonra işdən qovulub.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































