Fuad Rəsulzadənin döyülməsi ilə bağlı cinayət işi başlanılıb.
Mediainfo.az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həminvideogörüntü sosial şəbəkələrdə yayılandan dərhal sonra DİN tərəfindən müvafiq araşdırma aparılıb:
“Fakta görə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə hadisənin baş verdiyi ərazi üzrə Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıldı. Həyata keçiriən istintaq-əməliyyat tədbirləri nəticədində hadisəni törədən şəxslər müəyyən olunub.
Onlar şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğludur. Həmin şəxslər istintaqa cəlb edilərək izahatları alınıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.
Qeyd edək ki, Tvitterdə “Əhməd” adlı hesabdan “Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə ironik paylaşım edilib. Daha sonra Fuad Rəsulzadə həmin sözləri özünün dediyini açıqlayıb.
Xatırladaq ki, Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin döyüşlər ərəfəsində işğaldan azad edilmiş ərazidə oxuduğu mahnılar geniş yayılıb.
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































