Aprelin 26-da saat 18 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən kağız üzlüyü anbarında İsabala Nəsib oğlu İsrafilovun ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Mediainfo.az-a Nizami Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla mal götürmək məqsədilə Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən kağız üzlüyü anbarına gələn Əhmədov Sərdar Səfər oğlunun yarımqoşqu ilə idarə etdiyi yük avtomobili ilə anbardan çıxarkən həmin vaxt tanışının yanına gələn 1955-ci il təvəllüdlü İsabala İsrafilovun yarımqoşqu ilə dəmir qapı arasında sıxılıb qalması və aldığı xəsarətlərdən hadisə yerində ölməsi müəyyən edilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































