"Caliber”in yeni süjetində son günlərdə Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur vilayətinə səfərindən dərhal sonra Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətində baş vermiş erməni təxribatları barədə danışılır.
Mediainfo.az-ın verdiyi xəbərə görə, süjetdə bildirilir ki, bu təxribatların qondarma erməni soyqırımının ildönümü ərəfəsində baş verməsi heç də təsadüfi deyil. Sözügedən hadisələr əvvəlcədən planlaşdırılıb və burada heç bir təsadüfdən söhbət gedə bilməz.
Süjetdə, həmçinin hadisələrə erməni ictimaiyyətinin reaksiyasından və ölkə mediasında baş verənlərə görə Azərbaycanın ittiham edilməsindən bəhs olunur.
Video müəllifləri bildirirlər ki, son müharibədə qalib tərəf olan Azərbaycanın belə cılız təxribatlara ehtiyacı yoxdur və erməni tərəfinin 10 noyabr razıılaşması şərtlərinin yerinə yetirilməsinə maneə törətmək istiqamətindəki bütün səyləri uğursuzluğa məhkumdur.
Mediainfo.az süjeti təqdim edir:
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































