Bərdənin Saatlı kəndində canavarlar hücum edib.
Mediainfo.az-ın məlumatına görə, təssərüfat sahibi Xəyyam Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, vəhşi heyvanlar qoyunçuluq təssərrüfatına gecə saatlarında hücum çəkib:
"Canavarlar sürü halında mənim təssərüfatıma hücüm edib. Tövləyə girən canavarlar 30 baş qoyunu parçalayıb, 8 baş qoyunu isə yaralayıb”.
Müsahibimiz deyir ki, kənddə belə hadisələr arabir olur. Amma son 10 il ərzində canavarların sürü şəklində kəndə hücum etməsi faktına rast gəlinməyib: "Əvvəllər də kəndə canavar hücumu olub. Amma arabir, tək-tək canavara rast gəlinirdi. İndi canavarlar kəndə sürü halında hücum edir. Hadisə baş verən gecə də sürü halında olublar. Yırtıcılar daxil olub fermaya, fermanın içində xırdabuynuzlu heyvanları parçalayıb, parçalaya bilmədiyini də yaralayıb. 38 baş heyvanın 30-u tələf olub, qalanları da yaralanıb”.
Bərdə Rayon Baytarlıq idarəsi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsərrüfata baxış keçirilib. Tələf olmuş heyvanlar baytarlıq xidmətinin əməkdaşları tərəfindən dərmanlaraq basdırılıb. Təsərrüfatda quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb.
Qeyd edək ki, baş verən hadisə zamanı təsərrüfat sahibinə 10 min manata yaxın ziyan deyib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































