İngiltərədə “AstraZeneca” vaksini vurulan yeddi nəfər qan laxtalanmasından ölüb.
Mediainfo.az yerli mətbuata istinadən bildirir, ölkədə “AstraZeneca” vaksini vurulan 18 milyon insanın 30 nəfərində qan laxtalanması müşahidə edilib. Hələlik bunun təsadüfi və ya vaksinin yan təsiri nəticəsində baş verib-vermədiyi məlum deyil. Qan laxtalanması ilə üzləşən 30 nəfərin 7-si dünyasını dəyişib.
Bununla belə mütəxəssislər vaksinin faydalarının onun yan təsirlərindən daha çox olduğunu bildirir.
Qeyd edək ki, bundan əvvəl İngiltərədə “Pfizer” vaksini vurulan 10 milyon insanın yalnız 2-də qan laxtalanması müşahidə edilmişdi.
Almaniyada isə “AstraZeneca” peyvəndi vurulan 2,7 milyon insanın 31-də qan laxtalanma qeydə alınmışdı. Onların 9 nəfəri vəfat edib. Araşdırmalara görə qan laxtalanması daha çox gənc və orta yaşlı qadınlarda görünüb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































