Rusiyalı jurnalist Vladimir Pozner Gürcüstanı tərk edib.
Mediainfo.az xəbər verir ki, bu məlumatı Gürcüstanın “Birinci Kanal”ı yayıb. Məlumata görə, Pozner Tiflisi tərk edən zaman hava limanına xeyli sayda hüquq-mühafizə orqanları əməkdaşı cəlb edilib.
Gürcüstan Daxili İşlər Nazirliyi isə Pozner və onu müşayiət edən daha bir neçə nəfərin karantin qaydalarını pozduqlarına görə cərimə edildiklərini bildirib.
Qeyd edək ki, Pozner dünən Tiflisə gəlmişdi. O, 3 aprelə qədər Tiflisdə qalmağı planlaşdırırdı, lakin əhalinin Poznerin otelinin önündə genişmiqyaslı aksiya keçirməsi onu ölkəni tələsik tərk etməyə məcbur edib. Əhalinin etirazına səbəb isə Poznerin Abxaziyanın bir də heç vaxt Gürcüstana qayıtmayacağını bir müddət əvvəl deməsi olub.
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































