Rusiya paytaxtında, Yeni Moskvada yaşayış sahəsində fərdi yaşayış evində baş vermiş partlayış nəticəsində beş nəfər – dörd kişi və bir uşaq xəsarət alıb.
Mediainfo.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Moskva üzrə Baş istintaq idarəsinin nümayəndəsi Yuliya İvanova bildirib.
“İstintaqa görə, 26 mart 2021-ci il tarixində Yeni Moskvanın Moskovski qəsəbəsində yerləşən fərdi yaşayış evində qaz partlayışı baş verib və daha sonra yaşayış evinin damı çöküb. Nəticədə , dörd kişi və bir uşaq yaralanıb, onların hamısı lazımi tibbi yardım və müayinə üçün xəstəxanaya yerləşdirilib”, - məlumatda belə deyilir.
Hadisə ilə bağlı cinayət işi başlanılıb.
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb

















































