Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Mediainfo.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində xidməti fəaliyyətdə olan zaman həmin yerdə xeyli sayda mina aşkar ediblər.
Dərhal bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşlarına məlumat verilib. Məlumatla əlaqədar əraziyə baxış keçirilən zaman müxtəlif adda tank və piyada əleyhinə 78 ədəd mina və partladıcıları müəyyən edilib, təhlükəsiz şəkildə zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər yerinə yetirilib.
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb

















































