Şamaxı rayonunda iki yol-nəqliyyat hadisəsi baş verib.
Mediainfo.az-ın xəbərinə görə, bu gün Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı qəsəbəsi ərazisindən keçən hissəsində iki "VAZ 2107" və bir "Daewoo-Nexia" markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağsu sakinləri, 1992-ci il təvəllüdlü Məmmədov Amil Mühübbət oğlu və 1956-cı il təvəllüdlü Məmmədova İradə Ağamusa qızı xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Məlumata görə, hadisəyə yolun dumanlı olması və nəqliyyatın hərəkətinin çətinləşməsi səbəb olub. Eyni vaxtda həmin ərazidə hərəkətdə olan "Mersedes" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə xeyli maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































