Milli Hidrometeorologiya Xidməti martın 23-ü meteohəssas insanları diqqətli olmağa çağırır.
Mediainfo.az xəbər verir ki, Ekologiya və Təbii SərvətlərNazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, martın 23-24-də Bakı və Abşeron yarmadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir:
"Arabir güclənəcək qərb küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında 5-7, günorta saatlarında isə 13-18 dərəcə isti olacaq".
Bölgələrdə də havanın qeyri sabit keçəcəyi gözlənilir. Axşama doğru bəzi yerlərdə yağış yağacaq, ayrı-ayrı yerlərdə duman olacaq:
"Bölgələrdə gündüz yağmursuz hava şəraiti müşahidə olunsa da, 23-ü axşam və 24-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı istisna olunmur. Havanın temperaturu günorta 15-20, dağlıq ərazilərdə isə 5-8 dərəcə isti olacaq".
Qeyri-sabit hava şəraitinin martın 25-ə kimi davam edəcəyi gözlənilir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































