Ermənistanda maskalı şəxs Gümrüdə yerləşən 102 saylı Rusiya bazasının hərbi qulluqçusu və həyat yoldaşına hücum edərək onları yaralayıb. Bu barədə Shamshyan.com məlumat yayıb.
Mediainfo.az xəbər verir ki, hadisə 10 mart tarixində yaşanıb. Şirak əyalətinin Gümrü rayonunda saat 21:00-da elektrik enerjisi kəsilib. Bu zaman 40 yaşlı Roman Romanov enerji təchizatının nə zaman bərpa olunacağını öyrənmək məqsədilə həyətə çıxıb.
Bundan sonra R.Romanovun həyat yoldaşı Siruş V. həyətdən səslər eşidib və çölə çıxdıqdan sonra həyat yoldaşının üzündə maska olan naməlum şəxslə dalaşdığını görüb. Qadın bu zaman qışqıraraq qonşuları köməyə çağırıb və polisə müraciət edəcəyini bildirib.
Bundan sonra maskalı şəxs ona da hücum edib və bıçaqla xəsarət yetirdikdən sonra ərazidən qaçıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































