Haitidə Kroiks-des-Buquts həbsxanasında məhkumların qaçmaq məqsədi ilə etdikləri qiyam nəticəsində 6-sı məhbus olmaqla 25 nəfər ölüb.
Mediainfo.az “TRTHaber”ə istinadən xəbər verir ki, 200-dən çox məhbus həbsxanadan qaçıb. Bildirilib ki, Haitinin paytaxtı Port-o-Prens şəhəri yaxınlığındakı Kroiks-des-Buquts həbsxanasından qaçan məhbuslar polislə atışıb. Rəsmilərin sözlərinə görə, məhbuslar qaçarkən vətəndaşlara hücum ediblər. Bu hücumlar nəticəsində bir neçə dinc sakinin öldüyü də bildirilib. Başqa bir məlumata əsasən, qaçanlardan biri Haitidəki silahlı dəstələrdən birinin başçısıdır. Kroiks-des-Buquts həbsxanası fevralın 7-də prezident Jovenel Moizin hakimiyyətini devirməkdə ittiham olunan müxalifət üzvlərinin saxlanıldığı simvolik yerlərdən biridir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































