Abşeron rayonun ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza ötən axşam rayonun Saray qəsəbəsinə gedən yeni avtomobil yolunda qeydə alınıb.
Mediainfo.az xəbər verir ki, hərəkətdə olan “50 DG 539” və “90 EN 982” dövlət nömrə nişanlı Mercedes” markalı minik avtomobilləri toqquşub. İnsident nəticəsində 1965-ci il təvəllüdlü Fərhad Fərhadov, 1969-cu il təvəllüdlü Adil Məmmədov, 1986-cı il təvəllüdlü Firdovsi Novruzov, 1965-ci il təvəllüdlü Rafiq Rüstəmov, 1994-cü il təvəllüdlü Şamil Şahbazov, 1975-ci il təvəllüdlü Aygün Muradova, 1995-ci il təvəllüdlü Bəhruz Şahmuradov, 1968-ci il təvəllüdlü Fərəməz Vəlişov və 1951-ci il təvəllüdlü Tamam Muradova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Əraziyə təcili tibbi yardım xidmətinin və yol polisinin əməkdaşları cəlb olunub. Yaralılar Sumqayıt təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların içərisində vəziyyəti ağır olanların olduğu bildirilir.
Qəzaya yolun qaranlıq olmasının səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































