Kanadanın Səhiyyə Nazirliyi yeni növ koronavirusa qarşı peyvəndin ilk sınağının keçirilməsinə razılıq verib.
Mediainfo.az xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Castin Trüdo xalqa etdiyi gündəlik çıxışı zamanı deyib.
“Kanada Səhiyyə Nazirliyi ölkə ərazisində koronavirusa qarşı potensial peyvəndin ilk sınağının keçirilməsini təsdiqləyib”, - Baş Nazir belə deyib.
Onun sözlərinə görə, testlər Dolhauzi Universitetinin Vaksinologiya mərkəzində keçiriləcək: “Əgər onlar uğurlu olarsa, onda peyvəndi ölkəmizdə istehsal edib paylayacağıq”.
Qeyd edək ki, Kanadada son sutka ərzində 1251 nəfərdə COVID-19-a yoluxma təsdiqlənib, indiyədək 75 864 nəfər bu virusa yoluxub. Bu müddətdə daha 117 nəfər koronavirusa yoluxma nəticəsində ölüb ki, bununla da eyni diaqnozdan ölənlərin sayı 5679-a çatıb. Ümumilikdə 37 819 nəfər isə sağalıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































