Ağdaş rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Ağdaşın Yuxarı Qəsl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Göyçay rayon Bığır kənd sakini, 1975-ci il təvəllüdlü Qafurov Siyavuş German oğlu idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn, Ağdaş sakini 1959-cu il təvəllüdlü Üzeyir Qafarovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən "Hyundai" markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı S.Qafurov ağır xəsarətlər alaraq dünyasını dəyişib, sərnişin, Göyçay sakini, 1973-cü il təvəllüdlü Hüseynov Habil Nəsib oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































