Bakıda binada uçqun oldu
12:23
Salyanda yol qəzası olub, ölən və yaralanan var.
Report-un məlumatına görə, hadisə yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Lənkərandan Bakı istiqamətində hərəkət edən "Hunday Aksent" markalı avtomobil idarə etmədən çıxaraq yolun kənarına aşıb.
Nəticədə sürücü, 1987-ci il təvəllüdlü Əsədli Mahir Rüfət oğlu və onun əkiz qardaşı, 1987-ci il təvəllüdlü Əsədov Tahir Rüfət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə zamanı anaları, 1962-ci il təvəllüdlü Əliyeva Səlbi Hüseyn qızı hadisə yerində ölüb.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az