Ukraynanın Kramatorsk şəhərinə Rusiya ordusunun zərbələri nəticəsində burada yaşayan azərbaycanlılar zərər çəkiblər.
Azerbaycanpolisi.az "Report"un Şərqi Avropa bürosunun məlumatına istinadla xəbər verir ki, Donetsk vilayətində Ukraynanın nəzarətində qalan bu şəhərdə zərər çəkənlərdən biri Kramatorskda Azərbaycan diasporunun rəhbəri Mübariz Rüstəmovdur.
Ona məxsus 500 kvadratmetrlik ticarət obyekti, obyektə məxsus avtomobillər raket və dron zərbələrindən tamamilə məhv olub.
Aviazərbələr nəticəsində bu şəhərdə yaşayan digər azərbaycanlı, 1960-cı il təvəllüdlü İsmayılov Niyyətullanın evi ciddi zərər görüb, özü isə yaralanıb. Zərbələr nəticəsində avtomobili də sıradan çıxıb.
Kramatorskda yaşayan Həsən Məmmədovun yaşadığı yer dron zərbələri nəticəsində zərər görüb.
Qeyd edək ki Kramatorsk şəhəri daimi atəş altındadır.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























