29 iyul axşamı Qobu-Lökbatan yolunda Toyota markalı avtomobil Ford Transit mikroavtobusu ilə toqquşub, iki nəfər ölüb.
Qəzanın qurbanları avtomobilin sürücüsü Rauf Hüseynov və sərnişin Bəhruz Sultanov olub. .
Həlak olanlar Qobu futbol klubunun oyunçuları olub.
“Qafqazinfo”nun məlumatına görə, Lökbatan-Qobu yolunda baş vermiş hadisədə həyatını itirən Rauf Ədalət oğlu Hüseynov və dostu Bəhruz İlham oğlu Sultanov futbol məşqçisi kimi Lökbatan və Qobuda yeniyetmələrə məşqlər keçirmişlər. Onlar həm də Qobuda birlikdə avtoyuma məntəqəsi işlədiblər.
Qeyd edək ki, hadisə vaxtı Raufun idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə Mais Ağahüseyn oğlu Ağaverdiyevin idarə etdiyi “Qazel” markalı yük avtomobili toqquşub. Nəticədə R.Hüseynov və onun avtomobilindəki sərnişin B.Sultanov dünyasını dəyişib, digər sürücü xəsarət alıb.
Qəzanın səbəblərini və şəraitini müəyyən etmək üçün araşdırma aparılır.
Azerbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir












.jpg)
.jpg)










.jpg)






























