Türkiyədə itkin düşmüş 58 yaşlı kişi qəbiristanlıq ərazisindəki boş tabutun içində sağ tapılıb.
Publika.az xəbər verir ki, bu barədə "Haber7" məlumat yayıb.
Bildirilib ki, kişi evdən çıxıb və uzun müddət əlaqə saxlamayıb. Müstəqil axtarışlar nəticə vermədikdə, ailəsi onun itkin düşməsi barədə polisə məlumat verib.
Axtarış əməliyyatı zamanı kişini qəbiristanlıqda tapıblar. O, mərasim ləvazimatları üçün saxlanılan otaqdakı boş tabutun içində olub.
Hadisə yerinə kişiyə ilk yardım göstərən həkimlər gəliblər. Müayinədən sonra o, ehtiyat tədbiri olaraq xəstəxana çatdırılıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, onun həyatı üçün heç bir təhlükə yoxdur.
Kişinin tabutda necə peyda olması hələlik naməlum qalır. Baş verənlərin təfərrüatlarını hüquq-mühafizə orqanları araşdırır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































