Pirallahıda avtobus piyadanı vuraraq öldürdü

Pirallahıda avtobus piyadanı vuraraq öldürdü

Pirallahı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azerbaycanpolisi.az “Milli.Az”a istinadla xəbər verir ki, hadisə Pirallahı qəsəbəsində, "Abşeronneft" NQÇİ-nin ərazisində qeydə alınıb.

Məlumata görə, 1965-ci il təvəllüdlü İlqar Bağır oğlu Şabanovun idarə etdiyi "Isuzu" markalı avtobus geriyə hərəkət edərkən piyadanı vurub.

Nəticədə 1969-cu il təvəllüdlü Pirallahı rayon sakini Teyyub Ənvər oğlu Məmmədov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.23

2026.10.22

2026.10.21

2026.10.20

2026.10.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az